Sumqayıtda ərzaq mağazası yandı

Sumqayıt şəhərində vətəndaşa məxsus ərzaq mağazası yanıb.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları 2 m2 sahədə, 1 ədəd elektrik sayğacı və giriş kabeli 3 p.m. yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.