Biləsuvar rayonunda 46 yaşlı ana oğlu tərəfindən döyülüb. Biləsuvar rayonunda 46 yaşlı ana oğlu tərəfindən döyülüb.

Oğul 46 yaşlı anasını döydü

Biləsuvar rayonunda 46 yaşlı ana oğlu tərəfindən döyülüb.

AzNews.az xəbər verir ki, hadisə rayonun "Aerodrom" adlanan ərazisində baş verib. Oğlu tərəfindən döyülən Şirin Şahbazova müxtəlif bədən xəsarətləri alıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Zakir Xanməmmədov AzNews.az-a açıqlamasında bildirib ki, hazırda Şirin Şahbazovanın vəziyyəti stabildir:

“Anasını döyən necə bir övlad ola bilər? Onlar problemli bir ailədir. Hadisə zamanı ana müxtəlif xəsarətlər alsa da, hazırda səhhəti qaydasına düşür”.

Hadisə ilə bağlı polis orqanlarına məlumat verilib.

Bahar RÜSTƏMLİ

AzNews.az