Gəncədə "RAF" yandı

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, yanğın şəhərin Nizami rayonunda "RAF" markalı mikroavtobusda baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları və salonunda 1 ədəd oturacaq yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.