Tovuzda iki nəfər döyülüb. Tovuzda iki nəfər döyülüb.

17 yaşlı iki yeniyetmə döyüldü

Tovuzda iki nəfər döyülüb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 14-də gecə saat 02:00 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakinləri, 2000-ci il təvəllüdlü Hüseynov Rəşad Elşən oğlu və 2000-ci il təvəllüdlü Rzayev Elşad Vaqif oğlu naməlum şəxslər tərəfindən döyülüblər. Hər iki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabit-ağırdır. Hadisə nəticəsində R.Hüseynovun bədənində çoxsaylı əzilmiş yara və bilək nayihəsində kəsik aşkarlanıb. Digər yaralı E.Rzayev isə baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az