14 yaşlı qızı maşın vurdu

Salyanda piyadanı maşın vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Lamiyə Murad qızı Əliyeva “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Nəticədə piyada müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az