Gədəbəydə 8 otaqlı ev yandı

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, yanğın rayonun Böyük Qaramurad kəndində ümumi sahəsi 520 m2 olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 150 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafiə olunub.