- Köhnə - Hadisə
- 20 Sentyabr 2017 19:04
- 3 871
Sumqayıtda zavod yandı
Sumqayıtda yanğın hadisəsi baş verib.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, Alüminium Zavodunun ərazisində, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 5000 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə, içərisinə yığılmış istehsalat tullantıları 200 kv.m sahədə və ərazidə 1000 kv.m sahədə quru ot və kol-kos yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:36-da söndürülüb.