- Köhnə - Hadisə
- 24 Sentyabr 2017 11:47
- 4 691
Mingəçevirdə beşmərtəbəli bina yanıb
Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
AzNews.az FHN-nə stinadən xəbər verir ki, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.