- Köhnə - Hadisə
- 25 Sentyabr 2017 20:04
- 3 729
Daşkəsəndə iki avtomobil toqquşdu - yaralılar var
Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.
VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.