- Köhnə - Hadisə
- 30 Sentyabr 2017 10:10
- 6 973
Apellyasiya Məhkəməsinin hakimi vəfat edib
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehti Əsədov vəfat edib.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, M. Əsədov 56 yaşında dünyasını dəyişib.
O, 2008-ci ildən etibarən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. M. Əsədov həmçinin Mülki kollegiyanın sədri vəzifəsini icra edib.
Mərhum indiyədək Bakı Şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsində iclas katibi, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi vəzifələrini tutub.
AzNews.az