Şəmkirdə 2 mərtəbəli ev yandı

Şəmkirdə yanğın qeydə alınıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Şəmkir rayonu, Çənlibel kəndində ümumi sahəsi 200 m2 olan 2 mərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.