- Köhnə - Hadisə
- 13 Oktyabr 2017 10:13
- 4 062
Sahibsiz it 3 nəfərə hücum etdi
Göyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.
Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.
Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.
AzNews.az