- Köhnə - Hadisə
- 15 Oktyabr 2017 15:51
- 4 729
Hacıqabulda "Prado” aşdı - xəsarət alanların şəxsiyyəti məlum olub
Bu gün Hacıqabul rayonunda “Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.