Kürdəxanıda 41 yaşlı kişi intihar edib

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1976-cı il təvəllüdlü Pərviz Əlizahab oğlu Rəhmanov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az