- Köhnə - Hadisə
- 18 Noyabr 2017 10:53
- 3 227
Bakıda evdən 40 min manatlıq qızıl oğurlandı
Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.
AzNews.az