- Köhnə - Hadisə
- 21 Noyabr 2017 15:35
- 6 920
Yanacaqdoldurma məntəqəsində partlayış - Yaralananlar var + Yenilənib
Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.
***
15:20
Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub
AzNews.az "Report" a istinadən xəbər verir ki, hadisə Separadi kəndində baş verib.
Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.