- Köhnə - Hadisə
- 21 Noyabr 2017 17:03
- 4 743
“BakuBus”un avtobusu 24 yaşlı qızı vurdu
“BakuBus”un avtobusu gənc qızı vurub.
“Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.
Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az