- Köhnə - Hadisə
- 24 Dekabr 2017 15:04
- 3 705
Hacıqabulda qəza - 2 nəfər ağır xəsarət alıb - FOTO
Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Atbulaq kəndi ərazisində ağır qəza olub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, unun məlumatına görə, "Oka" markalı avtomobili idarə edən Şirvan sakini, 1984-cü il təvəllüdlü Ağayev Emil Nəriman oğlu avtomobili yolun kənarında saxlayaraq yola tökülmüş taxtaları götürmək istəyib.
Bu zaman Rəşad adlı sürücünün taksi kimi istifadə etdiyi "Daewoo" markalı avtomobil E. Ağayevi vurub, sonra da yoldan çıxaraq aşıb. Nəticədə E. Ağayev və "Daewoo" markalı avtomobilin sərnişini, 1979-cu il təvəllüdlü Həsənova Vəsilə ağır xəsarət alıb. Onların hər ikisi Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.