Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105 km-də 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105 km-də 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Qatı duman qəzaya səbəb oldu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105 km-də 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Balakən rayon sakininin idarə ediyi "62-BK-829" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn Qobustan rayon sakininin sükanı arxasında olduğu "90-HD-208" dövlət qeydiyyat nişanlı "VAZ-21010" markalı maşınla toqquşub.

Qəza zamanı ikinci avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü Zaqatala rayon Yuxarı Çardağlar kənd sakini Gülayeva Laləndə Davud qızı yaralanıb. O, "təcili yardım" avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə daxil olub, vəziyyəti orta-ağırdır.

İlkin məlumatlara görə, qəzaya qatı duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.