- Köhnə - Hadisə
- 25 Dekabr 2017 11:49
- 4 401
Sumqayıt-Bakı sürət qatarı piyadanı vurdu
Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakinini vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb.
Hadisə bağlı araşdırma aparılır.