Bu gün İsmayıllı rayonunda daha bir zəlzələ qeydə alınıb.
AzNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi saat 13:11-də İsmayıllı ərazisində 3,9 maqnitudalı zəlzələ baş verdiyi xəbərini yayıb.
Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.
***
12:19
Bu gün İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.
AzNews.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 06:49-da qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələ hiss edilməyib.