Özünü ayağından güllələdi - Öldü

Tovuz rayonunun Balaşamlıq kəndində bədbəxt hadisə baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət almış və xəstəxanaya aparılarkən yolda ölüb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.