- Köhnə - Hadisə
- 2 Mart 2013 13:07
- 3 915
Diktor Hicran Hüseynov Mərdəkanda dəfn edildi
Diktorun sənət yoldaşı Şərqiyyə Hüseynova Hicran Hüseynovun ölümünün onun üçün ağır itki olduğunu bildirib: "Baxmayaraq ki, o məndən bir neçə yaş balaca idi, mən Hicranı həmişə kiçik qardaşım bilmişəm. Mən bu gün qardaşımı itirdim".
Xalq artisti Tariyel Qasımov da Hicran Hüseynovla uşaqlıq dostu olduğunu qeyd edib: "Bizim uşaqlığımızın, tələbəlik illərimiz bir yerdə keçib, bir yerdə böyümüşük. O, mənim üçün çox əziz insan idi".
Xalq artisti Rafiq Hüseynov da mərhum ilə neçə il çiyin-çiyinə çalışdığını bildirib: "O son dərəcə məsuliyyətli, son dərəcə mədəni, hamımızın xətrini çox istəyən bir insan idi".
70 yaşında dünyasını dəyişən diktor Hicran Hüseynov Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.
AzNews.az