Şəmkirdə avtomobil aşıb, 4 nəfər yaralandı

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonda “Kraz yolu” adlanan yolunda baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 3 nəfərə yardım göstərilib və onların vəziyyəti normal olduğu üçün evə buraxılıblar.

Bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.