- Köhnə - Hadisə
- 14 Fevral 2018 13:27
- 4 567
Bakıda 2 nəfər bıçaqlandı
Rayonun Mərdəkan qəsəbəsində 2 nəfər şəxs bıçaqlanıb.
“Ölkə.Az”ın xəbərinə görə, ötən axşam Şamo Nəsirov və Anar Əliyev adlı şəxslər bədənin kəsilmiş-deşilmiş yaraları xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətirliblər. Cərrahiyə əməliyyatı olunan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Xəstəxanadan polisə məlumat verildikdən sonra 1-ci Polis Bölməsinin əməliyyatçıları zərərçəkmişləri dindiriblər. Məlum olub ki, hər iki şəxs eyni adam tərəfindən bıçaqlanıb, ancaq zərərçəkmişlər həmin şəxsi tanımadıqlarını bildiriblər. Hazırda 2 nəfəri vurub qaçan şəxsin axtarışlarına başlanılıb.
AzNews.az