- Köhnə - Hadisə
- 15 Fevral 2018 09:24
- 4 904
“Jeep” su kanalına aşdı - Ölən var
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sabirabad rayonu, Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.