Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub. Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Məcburi köçkünlərin binasında yanğın - 55 nəfər təxliyyə edildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonu, Qəhrəmanlı kəndində ümumi sahəsi 230 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.