- Köhnə - Hadisə
- 6 Aprel 2018 23:08
- 5 922
Ağcabədidə 80 yaşlı kişi intihar etdi

Ağcabədi rayonunda intihar hadisəsi qeydə alınıb.
AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.
Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.