“Alov qüllələri”ndə faciə

"Alov qüllələri"ndə faciə baş verib. Hadisə bu gün saat 14:00 radələrində köhnə "Moskva" mehmanxanasının yerində tikilən "Alov qüllələri"ndə qeydə alınıb. Sabirabad rayon sakini, 21 yaşlı gənc fəhlə Nurəli Məmmədov binada liftin şaxtasına yıxılb. Nəticədə fəhlənin başı bədənindən ayrılıb. Məlumata görə, fəhlə təmir işləri apardığı zaman yıxılıb.

Onu da qeyd edək ki, bu saata qədər fəhlənin bədənindən ayrılan baş hissəsin tapa bilməyiblər. Şahidlərin dediyinə görə, hadisə zamanı bir neçə hissəyə bölünən Sabirabad sakininin aprelin 13 də toyu olacaqmış.

AzNews.az