Tovuzda ər arvadını bıçaqladı

Tovuzda qadın bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Avaztəpə kənd sakini 1958-ci il təvəllüdlü Lətifə İsmayılova bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

L. İsmayılovaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.