- Köhnə - Hadisə
- 31 İyul 2018 20:46
- 5 237
Qusarda istirahət mərkəzində yanğın olub

Qusar rayonunun Aladaş kəndində istirahət mərkəzinin ərazisində yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.