- Köhnə - Hadisə
- 1 Avqust 2018 20:46
- 5 296
Yanan mənzildən 2 azyaşlı xilas edilib
Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzilin bir otağında 3 kv/m sahədə döşəmə və 1 ədəd kompüter yanıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzNews.az