- Köhnə - Hadisə
- 6 Avqust 2018 15:23
- 6 494
İntihara cəhd edən kişi öldü
Sumqayıt şəhərində intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
AzNews.az