İmişli rayonunda 16 yaşlı yeniyetmə Araz çayında boğulub. İmişli rayonunda 16 yaşlı yeniyetmə Araz çayında boğulub.

16 yaşlı yeniyetmə Araz çayında boğuldu

İmişli rayonunda 16 yaşlı yeniyetmə Araz çayında boğulub.

"Report"un Aran bürosunun verdiyi xəbərə görə, hadisə Araz çayının rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mövlan Zaur oğlu Yadigarov çayda çimərkən boğulub.

Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

AzNews.az