Göyçayda bir ailədən 4 nəfərin ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Göyçayda bir ailədən 4 nəfərin ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Göyçaydakı dəhşətli faciənin təfərrüatı: “Camaat qəbiristanlığa girə bilmirdi”

Göyçayda bir ailədən 4 nəfərin ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Rayonun Çayarxı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, faciə nəticəsində sürücüdən əlavə dünyalarını dəyişən bir ailənin üç üzvü bibisi oğlunun toyundan gəlirmiş:

“Ramil Salmanov, Gülnar İsmayılova, Azər Salmanov elə hadisə yerində keçinib. Bir ailə ölüb. Çox ağır faciədir, Allah heç kəsə göstərməsin. Bir qapıdan üç tabut, üç meyit çıxdı. O mənzərəni görmək belə dəhşət idi. Dözüləsi dərd deyil, camaat qəbiristanlığa girə bilmirdi. Evindən deyib, gülə-gülə çıxasan, evinə taputda qayıdasan... Bu dəhşətdir”.

Qeyd edək ki, Göyçay rayonun 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Cəyirli kənd ərazisində başsakini 1989-cu il təvəllüdlü Abdullayev Aqşin Arzu oğlunun idarə etdiyi "Mercedes-Benz” markalı, 99-BU-098 dövlət nömrə nişanlı avtomobillə Çayarxı kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov Ənvər İlyas oğlunun idarə etdiyi "VAZ 2106” markalı, 23-BD-123 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "VAZ 2106” markalı avtomaşının sürücüsü Ə.Əhmədov, sərnişinlər rayonun Çayarxı kənd sakinləri - 1984-cü il təvəllüdlü Salmanov Ramin Azər oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Gülnar Nağı qızı, 2010-cu il təvəllüdlü Salmanov Azər Nağı oğlu aldıqları xəsarətdən dünyasını dəyişiblər. Hadisə nticəsində avtomobildə olan digər sərnişinlər - Çayarxı kənd sakinləri 1993-cu il təvəllüdlü Salmanova Aygün Ənvər qızı, 2010-cu il təvəllüdlü Salmanova Həcər Ramil qızı, 2015-ci il təvəllüdlü Salmanov Ülvi Ümid oğlu, 1963-cü il təvəllüdlü Salmanova Qənimət Usub qızı, "Mercedes-Benz” markalı avtomobilin sürücüsü A.Abdullayev, digər sərnişinlər Cəyirli kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Ülvi Xalid oğlu, 1989-cu il təvəllüdlü Cahangirov Məzahir Qədir oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov mətbuata açıqlamasında yaralılardan ikisinin evə buraxıldığını, biri kəllə-beyin travması aldığını, digər birinin Bakı şəhərinə göndərildiyini və daha üç nəfərin həkim nəzarəti altında olduğunu qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az