- Köhnə - Hadisə
- 25 Avqust 2018 16:43
- 8 336
Azərbaycanda dəhşətli qəza - 6 nəfər öldü
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə ağır xəsarət alıb.
Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.
Qəzanın nə səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
AzNews.az