- Köhnə - Hadisə
- 26 Avqust 2018 14:36
- 7 064
Salyanda dava düşdü - 40 yaşlı kişini baltaladılar
Salyanda 40 yaşlı kişi baltalanıb.
Hadisə rayonun Qızılağac kəndi ərazisindəki "Ceyran" restoranında baş verib.
İlkin məlumata görə, restoranda dava zamanı kənd sakini, 1978-ci il təvəllüdlü Kərimov Siyavuş Mobil oğlu dalaşanları ayırmaq istəyən zaman ayağına balta ilə xəsarət yetirilib. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
AzNews.az