Salyanda 40 yaşlı kişinin baltalanmasının təfərrüatı məlum olub. Salyanda 40 yaşlı kişinin baltalanmasının təfərrüatı məlum olub.

Salyanda 40 yaşlı kişinin baltalanmasının təfərrüatı: “Restoran sahibinin oğlu üstünə yeriyib”

Salyanda 40 yaşlı kişinin baltalanmasının təfərrüatı məlum olub.

Qızılağac kənd sakinlərinin AzNews.az - a verdiyi məlumata görə, Siyavuş Kərimov “Ceyran” restoranının sahibi İlqar adlı şəxsin oğlu ilə dalaşıb:

“Siyavuşla Babək Əsədov dostdur. Babəkin oğlu bu il ali məktəbə qəbul olunub. Bu münasibətlə Babək Əsədov restoranda qonaqlıq verib. Qonaqlıqda Babəklə restoran sahibi İlqar arasında mübahisə yaranıb. Bu zaman İlqarın oğlu Babək Əsədovun üstünə yeriyib. Mübahisənin böyüdüyünü görən Siyavuş dostunu ata ilə balanın əlindən almağa çalışıb. Elə həmin anda da baltalanıb”.

Sakinlərin bildirdiyinə görə, Siyavuş Kərimov hazırda xəstəxanadadır: “Səhhəti isə orta-ağır olaraq qalır”.

Bahar RÜSTƏMLİ
AzNews.az