- Köhnə - Hadisə
- 26 Avqust 2018 17:30
- 21 122
Sumqayıtda itin gözlərini ovan şəxsi tapana pul mükafatı veriləcək - 500 manat
Sumqayıtda itin gözlərini ovan şəxsi tapana pul mükafatı veriləcək.
Bu barədə AzNews.az-a Evsiz Heyvanların Müdafiəsi ictimayi birliyinin nümayəndəsi Anar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, itə işgəncə verən şəxsin kimliyini açıqlayan şəxsə qurum 500 manat verəcək:
“Bizə məlumat verən şəxsin anonimliyinin qorunmasına təminat veririk. Bu hadisə ictimai qınağa səbəb olub. Dilsiz hevyana qarşı bu vəhşiliyi törədən sabah insanlara da zərər verər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
İtin gözlərini ovan şəxsi görənlər bu telefona zəng edə bilərlər- 055 834 56 58
Bahar RÜSTƏMLİ
AzNews.az