- Köhnə - Hadisə
- 27 Avqust 2018 14:47
- 6 395
15 yaşlı oğlanı öldürən çoban ələ keçdi
Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.
Füzuli Rayon Polis Şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.
Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
AzNews.az