- Köhnə - Hadisə
- 28 Avqust 2018 16:17
- 6 356
Toy karvanında qəza - Sürücü öldü
Şəmkirdə qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib.
Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.
AzNews.az