37 yaşlı kişini döyə-döyə çənəsini sındırdılar

Tovuz rayonunda döyülmə hadisəsi baş verib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Quliyev Əvəz Eyvaz oğlu naməlum şəxs tərəfindən döyülüb.