- Köhnə - Hadisə
- 2 Sentyabr 2018 09:00
- 6 682
Sumqayıtda bina yandı - 10 nəfər təxliyə olundu
Sumqayıt rayonunda yanğın hadisəsi baş verib.
AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az