- Köhnə - Hadisə
- 2 Sentyabr 2018 19:20
- 7 071
Sumqayıtda yol qəzası - FHN əməkdaşları xəsarət aldı
Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1-i qadın, 3-ü kişi olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar - 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az