Velosipedçi traktorun altından sağ çıxmadı

Ucarda traktor sürücüsü ölümlə nəticələnən yol qəzası törədib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, avqustun 24-də Ucar rayonunun Lək kəndi ərazisində Qazyan kənd sakini Surxay Rəhimov idarə etdiyi “MTZ” markalı traktorla yolu velosipedlə keçən kənd sakini Cəlal Tağıyevi vurub. Xəstəxanaya yerləşdirilən C.Tağıyev sentyabrın 1-də orada ölüb.

AzNews.az