Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib. AzNews.az xəbər verir ki, bıçaqlanan şəxs uzun illərdir qəzet satışı ilə məşğul olan Sakit Həsənovdur. Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib. AzNews.az xəbər verir ki, bıçaqlanan şəxs uzun illərdir qəzet satışı ilə məşğul olan Sakit Həsənovdur.

“Bircə onu deyə bildim ki, məni vurdular, gəlin...” - Bıçaqlanan qəzet yayımçısı

Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib. AzNews.az xəbər verir ki, bıçaqlanan şəxs uzun illərdir qəzet satışı ilə məşğul olan Sakit Həsənovdur.

Yaxınlarının verdiyi məlumata görə, S.Həsənov avqustun 31-də axşam saatlarında qəzet paylamaq üçün evdən çıxdıqdan təxminən 10-15 dəqiqə sonra onun bıçaqlanması barədə ailəsinə xəbər veriblər. Bildirilir ki, onu yaşadığı evin yaxınlığındakı mağazanın qarşısında iki nəfər naməlum şəxs bıçaqlayıb.

Hadisənin mübahisə zəmimində baş verdiyi deyilir. Belə ki, Sakit Həsənov avtomobili sürüb getmək istəyərkən, qarşıda dayanmış şəxslərdən kənara çəkilmələrini xahiş edib. Lakin naməlum şəxslər maşının önündən çəkilmək əvəzinə, ona hədə-qorxu gəlib, sonra isə hücum edərək döyüblər. Üstəlik, 3 bıçaq zərbəsi də vurublar. Xəsarət almış S.Həsənov ailə üzvləri tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılaraq əməliyyat edilib. Hazırda onunu vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Bu barədə açıqlama verən Sakit Həsənov, hazırda kəskin ağrılarının olduğunu deyib. Onun sözlərinə görə, artıq müstəntiq ondan ilkin ifadə alıb:

"Ərazidə təhlükəsizlik kamerası var. Ona baxış olub. Aydın olub ki, məni vuranlardan biri elə orada dayanan 04 markalı maşından bıçaq götürərk, məni bıçaqlayıb. Deyilənə görə, meyvəsatandır. Amma hələ də həmin şəxs həbs olunmayıb".

Zərərçəkənin sözlərinə görə, başına gələnlərlə bağlı Daxili işlər naziri Ramil Usubova da müraciət edəcək: "Bir balaca özümə gələn kimi, cənab Ramil Usubova da rəsmi müraciət edib, heç nədən başıma bu oyunu açanların dərhal tapılaraq, cəzaalandırılmalarını xahiş edəcəyəm. İnanın, bıçaqlanaraq yerdə qalsam da, məni həmin vaxtı təcili yardım da xəstəxanaya aparmaq istəmirdi. Deyirdilər ki, qoy polis gəlsin, sonra aparaq. Yaxşı ki, birtəhər özümü toparlayıb, həyat yoldaşıma zəng edib, "Məni vurdular, gəlin" deyə bildim. Yoxsa elə qanitirmədən orada öləcəkdim. Neçə gündür ailəm iztirab içindədir. Özümün vəziyyəti isə göz qabağındadır. Həyatımla, canımla əlləşirəm. O üzdən həmin şəxslərin dərhal tapılaraq, qanun qarşısında layiqli cəzalarının almasını istəyirəm".

Məlumat üçün deyək ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda da mətbuat yayımı sahəsində çalışır.

AzNews.az