- Köhnə - Hadisə
- 3 Sentyabr 2018 15:54
- 6 815
Üzümçülük şirkətinin əməkdaşları zəhərlənib
Şabran rayonunda üzümçülüklə məşğul olan “Turaz” MMC-nin iki əməkdaşı zəhərlənib.
AzNews.az “Report”a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayonun Gəndov qəsəbə sakinləri - 56 yaşlı Sevda Musayeva və 62 yaşlı Xalid Şəfaqətovdur.
Onların iş zamanı kimyəvi məhluldan zəhərləndikləri bildirilir.
Fakt üzrə araşdırma aparılır.
AzNews.az