“Bakubus” qəza törətdi - Yaralılar var

Bakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakubus MMC-yə məxsus 3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99-JH-107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib. Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıb.