Bakı metrosunda ərin arvadını bıçaqlaması ilə bağlı bəzi məqamlar məlum olub. Bakı metrosunda ərin arvadını bıçaqlaması ilə bağlı bəzi məqamlar məlum olub.

Metrodakı qanlı olayla bağlı - Yeni xəbər

Bakı metrosunda ərin arvadını bıçaqlaması ilə bağlı bəzi məqamlar məlum olub.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun AzNews.az-a verdiyi məlumata görə, arvadını bıçaqlayan şəxs Ucar rayon sakinidir:

“1972-ci təvəllüdlü Elnarə Quliyeva həyat yoldaşı Vahid Abdullayev tərəfindən bıçaqlanıb. Onlar “Nəsimi” metrosunun platformasında mübahisə ediblər. Vahidin üstündə bıçaq olub, mübahisə zəminində Elnarəyə iki bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən xəstəxanaya yerləşdirilib. Vahid isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Elnarə Müşfiqabadda yaşayır”.

Qeyd edək ki, dünən axşam radələrində “Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib. Metronun platformasında ər arvadını bıçaqla vurub.

Bahar RÜSTƏMLİ
AzNews.az