- Köhnə - Hadisə
- 8 Sentyabr 2018 12:50
- 6 624
Dibçəkdə narkotik becərirmiş... - tutdular
Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.
Şəxsin şəhər ərazisindəki evində əkilmiş və xüsusi qaydada qurudulmuş çətənə bitkisi və onun gövdələri, eyni zamanda qurudulmuş marixuana aşkar edilərək götürülüb.
AzNews.az